AZ  | EN  | GE  | RU


"İnsanlara azadlıq, millətlərə istiqlal!"

M.Ə.Rəsulzadənin Azərbaycan xalqına xitabı

Köhnəliklə yeniliyin güləşi

Elxan Xanəlizadə

Öz qədrimizi bilmirik

Üzeyir Hacıbəyli

İran və biz

Yusif Vəzir Çəmənzəminli

Nigar Köçərlini tənqid etmə - kitabın satılmaz!

Elxan Xanəlizadə

Kişilərin hümməti parçalayar dağları

Məhəmməd Əmin Rəsulzadə

Namus böhranı

Aqil Camal

Şəki haqqında ballada (II yazı)

Elxan Xanəlizadə

Şəki haqqında ballada (I yazı)

Elxan Xanəlizadə

Mən bu şəhəri sevirəm!

Cəlil Cavanşir (Gəncə dəftərindən)

Kişilərin hümməti parçalayar dağları



Məhəmməd Əmin Rəsulzadə



"Hümmətür-rical təqləül-cibal"

Bu kəlami-hikmət nizam ki, bizim cəridənin (qəzetin) hər səhifəsinin əvvəlində, intibahnamələrin ünvanlarında, cavanlarımızın övradi-zikrində mütədavil və bərqərardır-nə deyən sözdür bilməli.

Bu kəlami-iz`an həzrət Əmirəlmöminin Əli ibn Əbu Talib əleyhissəlamın kəlami-möcüznümalarından olub, "kişilərin hümməti dağları qoparar" - dediyiniz hamımız bilirik. Və bu sözümüzə ünvan qayırdıqda bu söz bizə dəsturul-əməldir. Xəyal edirik və özümüzü bu dəsturul-əməldən mütəxəllif hesab ediyoruq. Amma həqiqətdə isə belədirmi? Özümüzə ünvan tutduğumuz qaydayamüvafiq gedirizmi? "Hümmətür-rical"-kəlməsinin əsl mənasını fəhm edirizmi? Bi ibarəti üxra (başqa sözlə), müəyyən bir məsləkimiz varmı? Bu sözü özünə ünvan edən bir dəstənin bu suallara cavabı nə olmalıdır? Əlbəttə ki, belədir: bu sözün məzmunu ilə müvafiq hərəkətdəyiz, demək lazımdır və illa qövldə (sözdə) bir, feldə (əməldə) qeyri olmalıdır. Biz isə bu suallara bu cür cavab verməliyiz. Həm müttəhidülkəlimə (yekdilliklə) və həm də qəlbən cavab verməliyiz. Amma bu cür cavabı vicdanımız təsdiq edirmi? Bu cavabı verib də səvab ala buluyoruzmu? (təsdiq edirikmi?) Gümanımızca bizim cavanların cəmiyyəti həmin suallara sidq ilə bu cavabı verməyə muxtar (azad, ixtiyar sahibi) deyildirlər. Ona görə ki,"hümmətür-rical" - "kişilərin hümməti" deməkdir. Hümmətür-rəcul-kişinin hümməti deyil, yəni "hümmətür-rical" cəmdir müfrəd (fərd, tək) deyildir. Burada təəmmül etməli (üzərində dayanmalı, düşünməli), dərin fikr edib kəlamın lübbünü (cövhərini, məğzini) bilməlidir. Bu kəlam "kişilərin hümməti birləşsə, dağları qoparar" deməkdir. Həqiqətdə də öylədir. Hər bir şeyin qüvvəti birlikdədir. Birlik isə yalnız "mən sənə yoldaşam" - deyib təsəlli verməklə olmaz. Bu, dildə deyilən sözü əməl ilə də göstərməlidir.

Bir neçə şəxsin arasında ittihad həmfikirlilik, həmməsləklik ilə olur. Və illa (yoxsa) ila yovmil-qiyamə (Qiyamət gününə kimi) nifaq üzrə baqi qalacaqlar. Məsələn, biz cavanların biri millətpərəst, o biri demokrat, üçüncüsü ətiqpərəst (köhnəlik tərəfdarı), dördüncüsü cədidpərəst (yenilikçi) olub da, bu cür dəstə-dəstə olmaqda, hərəmiz özünə məxsus bir yol götürüb, müəyyən bir məslək ilə getməkdən hamımız tək-tək tələf olluq. Və heç birimizin əli öz muradına çatmaz. Yaddan fəramuş etməməlidir (unutmamalıdır). Bu təfriqəbazlıqla belə hamımızın dilində virdimiz "Hümmətür-rical təqləül-cibal" sözüdür. Bəs biz müttəfiq olmaq istəsək, bu kəlam ki, hamımız ona mütəkəllimik (onu işlədirik), mənasını qanıb dildə vird edən kimi, ürəkdə də qəbul etsək müttəfiq, müntəzəm, müttəhid (bir) olmağımıza hərgiz şəkk-şübhə yoxdur. İndi yoldaşlar! Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb da müxtəlif yollar ilə getməkdənsə birləşməli, öz fikir və fellərimizdən bir-birimizi hali etməliyiz. Millətpərəstlik bizə yararsa, hamımızmillətpərəst, demokratlıq yararsa, hamımız demokrat və qeyri bir yarar məslək üzrə olub, müttəhidül-qövl vəl-fel (söz və əməldə bir olmaqla) iş görək.

Bəndəyə qalır isə (mənim fikrimcə) hər bir dəstədən olursa olar, ancaq islamiyyət üzrə olaq. İslamiyyətdən kənara çıxsaq fəlakət bizi gözləyir. İslam rahi-nicatdır (nicat yoludur)-desəm eyni səvabdayam (tamamilə doğru söyləmişəm). Nə sosializmin, nə demokratizmin ümdə əqidələri islam ilə müxalif deyil. Bəlkə (əksinə) şareyi-müqəddəsi-islam (İslamın müqəddəs şəriəti) qoyduğu qəvaidlə (qaydalarla, qanunlarla) eyni mütabiqətdə (uyğunluqda) və müvafiqətdədir. Zəkat, fitrə və qeyrə sədəqələr vacibi-sünnəti materializm (materializmin vacib prinsipləri) deyil də nədir? Bərəkət cəmaətlikdədir. Umur (işlər) cümhuri-şura (kollektiv, hamının iştirakı, məsləhəti) ilə görülməlidir-kəlamları demokratizmi icab (ifadə) etməzmi? Xülasə, yenə də təkrar edirəm, hər nə olmalıyız, olaq. Fəqət islamiyyət üzrə olaq ki, bu eyni insaniyyətdir.


P.S. Hümmət hazırda ədəbiyyatımızda az işlənir. Mənası işlənmə yerlərinə görə həmrəylik, çalışma, uzaqgörənlik, qətiyyət, eyni məqsədi izləmək, böyük fikirli olmaq kimi başa düşülə bilər.


"Hümmət" qəzeti, say: 3, 1905.

(Bax: "Açıq söz", say: 513, 5 iyul, 1917)

Məhəmməd Əmin Rəsulzadə

(Əsərləri, birinci cild, 1903, 1909)




31.01.2011 - 01:15   









© 2010 INRADIO.AZ
Bütün hüquqlar qorunur. Materialların tam və müəyyən hissəsindən
istifadə olunarsa sayta mənbə kimi istinad olunmalıdır. Əlaqə üçün: info@inradio.az
Designed & Coded by: Zurab Vardanashvili