AZ  | EN  | GE  | RU


Mərkəzi Bank daha bir seminar keçirib

Kartların effektiv satış strategiyasının əsasları haqqında müzakirələr aparılıb

Bakı Metropoliteninin yeni stansiyalarına adlar verilib

Yeni metro stansiyaları "Avtovağzal" və "Dərnəgül" adlanacaq

BVF rəhbərliyinə namizədlər məlumdur

Fransa, Almaniya və İngiltərə arasında ciddi mübarizə gedir

Neft yenidən bahalaşıb

Birjalarda qiymətin bahalaşması davam edir

Dünyanın ən bahalı brendi seçilib

Reytinq siyahısının 4 illik lideri dəyişib

İşsizlik 9 faiz artıb

Tədbirlər görülməsə rəqəmlər artacaq

Ceyhan limanından dünya bazarına çıxarılan Azərbaycan nefti

ARDNŞ aprel ayının göstəricilərini açıqlayıb

Apreldə neft və neft məhsulları ixracı

Dövlət Neft Şirkəti statistik məlumatı açıqlayıb

Ölkədə bank olmayan kredit təşkilatlarının sayı artır

Hazırda 106 belə təşkilat fəaliyyət göstərir

ARDNŞ-in İnsan Resursları Departamentinə rəis təyin olunub

Yaxın gələcəkdə şirkətdəki vakant yerlərə işçi qəbulu olacaq

Mərkəzi Bank daha bir seminar keçirib

Kartların effektiv satış strategiyasının əsasları haqqında müzakirələr aparılıb


İNRADİO.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişafına yönəldilmiş tədbirlər çərçivəsində “Visa İnt.” beynəlxalq kart təşkilatı tərəfindən “Visa ödəniş kartları, Ticari ekvayrinq” mövzusunda kommersiya banklarının nümayəndələri üçün seminar keçirilib. Bu barədə məlumat Mərkəzi Bankın mətbuat xidmətindən verilib.

Bildirilir ki, tədbirdə “Visa İnt.” beynəlxalq kart təşkilatı tərəfindən MDB ölkələri üzrə regional menecer Aleksandr Kalita, Cənub-Şərqi Avropa və MDB ölkələrində məhsullar üzrə menecer Serqey Koptik və Cənub-Şərqi Avropa və MDB ölkələrində ödəniş kartlarının qəbulu şəbəkəsinin inkişafı üzrə menecer İqor Noçka iştirak ediblər.

Seminarda banklar tərəfindən emissiya olunan debet kart məhsulları, əmək haqqı kartları, təsərrüfat subyektlərində ödəniş vasitəsi kimi onlardan istifadə olunması həcminin artırılması, bu istiqamətdə mövcud beynəlxalq təcrübə haqqında geniş məlumat verilib. Həmçinin, 2011-ci ilin aprel ayında Azərbaycanda ekvayrinq bazarının inkişafı sahəsində aparılan tədqiqatın nəticələri, ölkədə ticari ekvayrinqin gələcək inkişaf istiqamətləri barəsində seminar iştirakçıları məlumatlandırılıb. 

Tədbir iştirakçılarına Visa premiyum kartları haqqında məlumat verilərək, bu kartların üstünlükləri, müştərilərin tələb və ehtiyaclarına əsaslanaraq bu məhsullar üzrə effektiv satış strategiyasının əsasları haqqında müzakirələr aparılıb.




24.05.2011 - 12:17   









© 2010 INRADIO.AZ
Bütün hüquqlar qorunur. Materialların tam və müəyyən hissəsindən
istifadə olunarsa sayta mənbə kimi istinad olunmalıdır. Əlaqə üçün: info@inradio.az
Designed & Coded by: Zurab Vardanashvili